TILIMXAN ƏSƏRLƏRİ ÜZƏRİNDƏ(1- inci bölüm)\DÜKTÜR H.M.GÜNEYLİ

Ulu tanrı adı ­ilə

Tilim­xan əsərləri üzərində

 

Hörmətli oxucular, əlinizdə olan bu kitab, Tilim­xan adlı şairin əsərləri­nin birinci cildi kimi ədəbiyyat aləminə təqdim edilir. O, vətənimiz Iranın orta bölgə­lərindən olan «Savə» məntəqə­si­nin «mərəğey» kəndində dünyaya göz açıb, yazıb- yaratmış acınacaqlı və ağır bir həyat sürmüş, elə o kənddə də dünyasını dəyişmişdir. Şairin məzarı həmən kəndin qəbristanındadır.  

Tilim­xan, xalq şairi olduğu üçün əsərləri, Savə məntəqəsi, Qum, Ərak, Həmədan, Qəzvin, Zəngan iyalətləri və başqa türk bölgələrində dildən dilə, sinə­dən sinə­yə dolaşmış və ümum əhali arasında geniş yayılmışdırsa, onlarin çap və nəşr olmadıqları­nın ucundan, şair bu günə qədər başqa Türk ellərimiz və Türk ölkə­lərində gərəkən qədər tanınmamışdır.

Şairin həyati barə­də həmin əsərdə yazılmış Farsca müqəddimə­də az da olsa söz- söhbət getmiş, habelə rəhmətlik profesor Məhəmmədtəqi Zehtabi ­ilə rəhmətlik doktor Əli Kəmalı­nın əməkdaşlığı ­ilə qələmə alınan və 2003-cü ildə Təbrizdə «Əxtər nəşriyyatı» tərəfindən yayınlanan  “Tilim­xan həyat və yaradıcılığı” ünvanlı kitabda şairin yaşayış və yaradıcılığı barə­də lazım olan bilgi­lər verilmişdir. Bunagörə də biz burada şairin həyatindan söz açmaqdan vaz keçir, onun əsərləri­nin tale’i, necə toplanıb, yayına hazırlanmasından danışır, lazım gəldikdə həmin şe’rlərin bə’zi özəlliklərinə də, göz gəzdirə­cə­yik.

 Tilim­xan əsərləri­nin tale’i də onun öz tale’i kimi nə qədər deyəsən dolaşıq və gərgin olmuşdur. O, miladi tarixi ­ilə  1763 -1831-ci illər arasında yaşamışdırsa, şe’r divanı­nın birinci cildi hələ yüz yetmiş altı ildən sonra ilk dönə olaraq, ağır zəhmətlərlə yayına hazırlanmışdır.

Tilim­xanın şe’rlərini çap və nəşr etmək məqsədi ­ilə toplayanların birincisi birinci dərəcə­li ədliyə vəkili rəhmətlik doktor Əli Kəmalı idi. Əli Kəmalı, uşaqlıq çağlarından Tilim­xan şe’rləri ­ilə tanış olduğu üçün, orta məktəb təhsilini bitirib bilim­yurduna keçdiyi illərdən başlayaraq bu önəmli işə girişmişdi. O, otuz ildən artıq sürən fəalıyətlərində, məntəqə əhalısından çoxlu bəyazlar (əlyazma dəftərlər) əldə edə­bilmişdi. Həmin bəyazlarda yazılan çoxlu şairlərin o cumlə­dən, xəstə Qasim, Türkman Mahmıd, Tilim­xan və başqa qələm sahib­ləri­nin şe’rləri­nin içindən Tilim­xan şe’rlərini çox diqqətlə köçürüb nəşrə hazırlayırdı. Əlbəttə o, yalnız həmin bayazlara kifayətlənmə­yir, bəlkə əllərdə olan hər bir üzərində Tilim­xan şe’ri yazılmış kağız tikə­sini alır, sinə­lərdə olan Tilim­xana mənsub şe’ri toplayırdı.

Kəmalı, ömrünün son illərində bu sətirlərin yazarini da Tilim­xan divanı və topladığı başqa əsərlərin çap və nəşrə hazırlaması sahə­sındə əməkdaşlıq etmə­yə çağırdı. Demək Kəmalı­­nın topladığı əsərlər yalnız Tilim­xan şe’rləri deyildi. Başqa sözlə desək, o, həmin şe’rlərlə yanaşı əlinə dolaşan çoxlu folklorık əsərlər, o cümlə­dən o bölgə­ və orta Iran Türkləri ləhcə­sındə yazılmış və həmin ellərin rəvayətləri əsasında gəlişmiş və yayılmış aşıq dəstanları, və öz dilləri ­ilə desək «Sölçəklər» nağıllar, əfsanə­lər, adət- ənənə­lər, həm də çoxlu dünyadan köçmüş və bə’zən həyatda olan şairlərin şe’r toplularını toplamışdı. Belə ki, özü dünyadan köçəndən sonra bu əsərləri onun kitabxanasında ayırıb ailə­sinə təhvil verərkən aldığım siyahi­yə əsasən, onların sayı azı yüz ünvana çatırdı. O əsərlərin bə’zi ünvanları neçə cild olmaql, onların sayı təxminən yüz on cildə çıxırdı. Kəmalı bu əsərləri­, elə­cə ­də Tilim­xan şe’rlərini toplamağı bir milli borc saymış və bu yolda özündən əlavə başqa dostları və qələm sahib­lərindən də yardım almışdır. Ona yardım göstərən və onunla var gücü qədər əməkdaşlıq elə­yən­lərin biri də satirik şe’rimizin görkəmli nümayəndəsi və Kəmalı­nın anası ­ilə bir kənddən olmuş, şair rəhmətlik Misirqan-lı «Əkbərxan ­Rəzzaqı» olmuşdur.

Ümumiyətlə bu əsərlərin yalnız bir ünvanı Ərəbcə­, qalanı­nın da təxminən yüzdə otuzu Farsca, qalan yüzdə yetmiş Türkcə­ idi. Bizcə bu əsərlərin ən önəmlisi Tilim­xan divanı və ondan sonra şair Əkbərxan rəzzaqı­nın beş cildlik divanı olabilərdi. Bunları keçəndən sonra həmin əsərlərin içində Iranın çeşitli əyalətləri və vilayətlərində dağınıq şəkildə yaşayan Türk elləri və boyları­nın nüfus sayı, hansı­larin haralarda yaşadığı bölgə, kəndləri­nin adları və ünvanlarını daşıyan bilgi­lər toplusu da bizcə çox əhəmmiyyətli ­idi.  Kəmalı oba- oba, oymaq- oymaq gəzib, arayıb, onları qələmə almışdı. O, həmin çalışmalarına əsasən, bə’zi danışıqları və çıxışlarında özünü «dağınıq Türklərin nümayəndə­si» qələmə verirdi. Onun  topladığı əsərlərin siyahisi­ni həyata göz örtdüiyü ildə, yə’ni miladi tarixi ­ilə 1996- da latin əlifbası ­ilə yayınladığımız «Əli Kəmalı­nın yaşayış və yaradıcılığı» ünvanlı əsərdə, həm də mətbuatda o cümlə­dən o zamanlar Zəngan şəhərində buraxılan «Ümid- Zəncan» həftə­liyində vermişdik.

Mətbuatda dönə- dönə işarə elədiyimiz kimi Tilimxan əsərlərinin əlyazmalarını oxumaqda, onları çağdaş imla qaydalarımız əsasında yenidən işlə­məkdə, onları incə­lə­məkdə və bə’zi nəşriyə­lərdə o cümlə­dən Varlıq dərgisində tanıtdırmaqda rəhmətlik profesor Qulamhüseyn Bəygdili və birinci dərəcə­li ədliyə vəkili və hörmətli qələm sahibi ustad İsma’il Hadı və bəlkə tanımadığımız ayri- ayri qələm sahib­ləri də əməkdaşlıq etmişdilər.

Kəmalı ­ilə tamam vaxt əməkdaşlıq etdiyim iyirmi altı ay şürə­sındə iyirmi cild böyük – kiçik əlyazma kitabçalarda yazılmış və çoxu Tilim­xan şe’rləri olan nüsxə­ləri tamamı ilə oxuyub, Kəmalı­nın hazırladığı və əsas götürdüyümüz Tilim­xan mətni ­ilə onları tutuşdurub, həmin mətn ­ilə əlyazmaların fərqli olan kəlmə və misra­larını yazaraq, müstəqil­ bir varaq kağız üzərində o şe’rə sancaqlamışdıq. Bu nüsxə fərqləri, əsər çap edilərkən o əsərdə çap edilə­cək ­idi. Bu iş üçün on üç ay vaxt qoyulmuşdu.

Sözü gedən Tilim­xan mətninə sözlük hazırlamaq, yə’ni əsərdə olan, Farsca, Ərəbcə, Ləzgi, Erməni və başqa xalqların dillərindən əsərə keçən kəlmə­lərin açıqlamaq vəzifə­sini rəhmətlik profesor Zehtabi öhdə­sinə götürmüşdü. O, sayı təxminən yeddi yüz ünvan olan bu divanın hər səhifə­si­nin açıqlamalı sözlərini o səhifə­nin aşağısında vermiş və sözlərin anlamlarını da onlara əlavə elə­mişdi.

Təəssüflər olsun ki, Kəmalı­nin Tilim­xan divanı üzərində çəkdiyi otuz ildən artıq zəhmətləri­nin sonucu bu günə qədər millətimizə və ədəbiyyat aləminə göstərilmə­yib, onların nə olub və ya nə olacağı da bizə bəlli deyildir. Çünki Kəmalı­nın vaxtsız ölümü ilə, onun kitabxanası və arşıvi onun həyat yoldaşı və təxminən on altı və on üç yaşlı iki oğlunun əlində qaldı; onlar da heç kimi o əsərlərin yan- yaxınına qoymadılar. Belə­liklə o rəhmətliyin ağır zəhmətlər və çoxlu pullar xərc elə­məklə topladığı, işlə­diyi və işlətdiyi çoxlu ədəbi və folklorık əsərlərin tale’i barə­də on­bir ildən sonra hələ də heç bir söz deyə bilmirik.

Kəmalı­nin topladığı Tilim­xan divanında nə­lər varidi?

Belə bir sorğunun cavabında demək olar ki, o əsərdə təxminən yeddi yüz ünvan şe’r yerleşmişdi. Şe’rlər məzmun və sən’ət baxımından əlinizdə olan bu əsər kimi çeşitli və rənga­rəng ­idi. Öncə işarə edilən kimi şe’rlərin çoxu bayazlar və kitabçalar vasitə­si ­ilə, həm də təkrarən əldə edildikləri üçün, onlarda nəqs və çatışmazlığa yol verilmə­mişdi. Daha doğrusu, bir şe’r bir nüsxə­də naqis və ya yanlış yazılmışdısa, başqa nüsxə­lərdə təkrar olduqda bə’zən yanlış və naqis kəlmə­lərin doğru və mükəmməl yazıldığına görə nəqs­lər və yanlışlar yox həddinə qədər azalırdı.

Şe’rlərin yüzdə iyirmisini müxtəlif biçimli və məzmunlu olan cinas və cinaslı şe’rlər təşkil edirdi. Söz yox ki, bu əlinizdə olan əsər kimi onda yerləşən şe’rlərin də az hissə­si ağızlardan toplanmışdı; nəticə­də onların bə’zi­lərində folklor rayıhə­si duyulur, bəzilərində də başqa şairlərin şe’rlərindən elementlər görünürdü, əsər çap edilərkən onları « Tilim­xana mənsub şe’rlər» bölümü adlı bir bölümdə çap etmək qərarına gəlmişdik. Həmin şe’rlərlə yanaşı, Kəmalı, Tilim­xan, onun özəl həyati və övladları barə də çoxlu mə’lumat toplamış, çoxlu sənədlər də əldə edə bilmişdi ­ki, öncə işarə edilən səbəblərə görə onlara da indi əlimiz çatmır.

Kəmalı Varlıq dərgisi yayınlanmağa başlayandan bir- iki il sonra həmin dərgi­nin yazıçı­lar heyəti sırasına keçə­ bilir və həmin dərgi­də ədəbi çalışmaları, özəlliklə­ də Tilimxan və onun şe’rləri üzrə çoxlu məqalə­lər yazırdı. Buna görə də Tilim­xanın səsi Türkü­yə və o zamanlar sovet­lər torkibində olan bu günkü Azərbaycan respublikası­nın alimlərinə və elm mərkəzlərinə çatır və az da olsa Tilim­xan bu ölkə­lərdə  və bu ölkə­lərin alimləri vasitə­si ­ilə az- çox Türk dünyasında tanınırdı.

Bunlardan əlavə, doktor Kəmalı, Tilim­xan və onun əsər­lərini tanıtdırmaq məqsədi ­ilə Tehranın yaxınlığında yerləşən Qüds şəhərində mədəniyyətimiz üzrə çalışmaqda olan ustad Şəhriyar adına dərnəyin(ustad Şəhriyar dərnəyi-­nin) iş­birliyi ­ilə 1991 və 1992- ci illərdə iki günlük qurultaylar və əzizlə­mə törən­ləri geçirmə­yə də təşəbbüs göstərdi. Şairin yaşayıb- yaratdığı və vəfat etdiyi Mərə­ğey kəndi, Coşqan, Misirqan, Yel­ abad, Bənd əmir kəndləri və Save şəhərində toplantı­lari keçirilən bu qurultaylarda vətənimizin ən ucqar yerlərindən gələn alimlər və ziyalı­larin iştirakı və çıxışları olurdu. Həmin toplantı­larda Tilim­xandan əlavə məntəqə­nin başqa şair və yazıçı­lari da xatırlanırdı.

Öncə söylə­nilən kimi, Kəmalı vəfat edəndən sonra, onun ailə­si kimsə­ni onun əsərləri­nin yan– yaxınına qoymadığı­nin ucundan nə mətbuat, nə də ayri əsərlərdə Kəmalı və Tilim­xandan bir şeylər yazılmayır. Bu müddətdə yalnız bu sətirlərin yazari onun həyati və vəfatı ­­ilə əlaqə­dar neçə məqalə və müsahibə Tehran, Bakı, Zəncan, və qum şəhərlərində yayınlanan nəşriyə­lərdə çap etdirə bilir.

Tanrıya şükürlər olsun ki, sözü gedən çoxlu mane’ə­lər və çətinlik­lərlə Tilim­xanın çırağı sozaldısa, sönmə­di; habelə Kəmalı­nın tutduğu yol ayri bir milli şüurlu və vətən­pərvər insanın himməti ­ilə davam etdi. Açıq söz bu ki, bu son illərdə Tilim­xanın həmyerli­si olan gənc tədqiqatçı mühəndis «Əsədullah Əmiri» bir daha Tilim­xan əsərlərini toplamağa başladı. Onun qaynağı daha artıq Mərəğey və ətraf kəndlərin əhalisi­nin sinə­dəftərləri, həm də dillərdən yazdıqları əlyazmalar oldu. Emiri cənabları kənd əhalisi və başqa həm yerli­ləri ­ilə daha artıq səmimi olduğu üçün keçən neçə ildə Tilim­xan şe’rlərinin təxminən dörd yüz ünvanını ələ gətirmişdir. Başqa sözlə desək, o, bu müddətdə Kəmalı­nın topladığı Tilim­xan əsərləri­nin yarıdan çoxunu toplaya bilmişdi. Söz yox ki, bu ağızlardan yığılan şe’rlərin bə’zi­lərində tək- tük kəlmə­lər və ya misralar düşmüş və ya dəyişilmişlər. Əlbəttə bu nəqs­lər və pozğunluqların sayı azdır və ümid edirik ki, yaxın gələcəkdə yerli adamların yardımı və məşvərəti ­ilə bu nüqsanlar da aradan qaldırılsın. İnanırıq ki, hörmətli Əmiri-­nin ardıcıl və yorulmadan çalışmaları ­ilə həm­yerli­lərində Tilim­xana olan eşq və sevgi bizi belə bir arzuya çatdıracaqdır.

gənc tədqiqatçı Əmiri Tehranda yaşayan bir sıra ədib­lər və Tilim­xanı sevən­lərlə məşvərətləşəndən sonra topladığı şe’rlərin tərtibi və çapa hazırlamasını bu sətirlərin yazari­nin öhdə­sinə qoydu. Təbi’i­dir ki, belə bir təklifdən boyun qaçırmaq mənim üçün mümkün deyildi, niyə­ki, Kəmalı ­ilə əməkdaşlıq edə­rək Tilim­xan şe’rləri ­ilə məşğul olmuş adamların çoxu indi daha dünyasını dəyişmiş­lər; qalanların içində ­də dostların çoxu bu işə artıq məni səlahıyətlı görmüşdülər. Belə­ləliklə ­də bu ağır vəzifə­ni yerinə yetirmək üçün ulu tanrıya sığınaraq, Əmiri bəy ­ilə iş­birliyi aparmağa söz verib,  naqis nəzərə gəlmə­yən və ya başardığımız qədər nəqs­lər və boşluqlarını aradan qaldıra bilə­cə­yimiz şe’rləri «Tilim­xan divanı­nın birinci cildi» ünvanı ­ilə hazırlayıb, nəşr etmək qərarına gəldik. İnanırıq ki, nəcib mədəniyyət sevər Mərəğey­li­lər və məntəqə­nin əhalisi bu əsəri oxuduqca, gözlərinə çarpacaq nəqs­ləri hörmətli Əmiri həzrətlərinə bildirə­cək. Həm də əllərində və sinə­dəftərlərində olan Tilim­xan şe’rlərini əsərin ikinci, üçüncü cildlərində çap etmək üçün gətirə­cəklər.

Qabaq sətirlərdə söylə­diyimiz kimi, bu məcmuə­də çap olan şe’rlərin çoxu ağızlardan və şairin şe’rləri ­ilə maraqlananların ağızlardan topladığı dəftərlərdən alınmışdır. Bunagörə də folklorumuzdan həm nə başqa şairlərin, o cümlə­dən şairin öz soyundan olmuş və şairə bənzə­tmə­lər yazmış mərə­ğey­li şair «Türkman Mahmıd» və başqaları­nin şe’rləri­nin bə’zisi­nin­­ tamamiylə və ya qismən Tilim­xan şe’rlərinə qarışması da mümkündür. Əlbəttə belə şübhə­li şe’rlərin sayı o qədər ola bilməz. Bununla belə artıq tədqiqat aparmaqla belə bir şe’rə rast gəldikdə, onu gələ­cək çaplarda məcmuə­dən çıxarmağa söz veririk.

Biz Kəmalı­nın Tilim­xan əsərləri üzərində çəkdiyi ancaq bu günə qədər nəticə­siz qalan zəhmətlərini unutmayaraq, sayın mühəndis Əmiri­nin var gücü ilə çalışmalarını və əldə etdiyi nayiliyyətləri ürəkdən alqışlayır, Kəmalı­nın ruhuna rəhmət göndərir, Əmiri­yə bu yolda artıq başarı­lar arzulayırıq. Bunu da bilirik ki, Əmiri­nin işi, Kəmalı­nın işi­nin dəyərini azaltmayır, elə­cə ­də Kəmalı­nin işi bir zaman üzə çıxmaqla Əmiri­nin işını öz kölgə­si altına almayacaqdır. Çünki hər işin özünə görə özəllikləri və gözəllikləri vardır.

Mərhum Kəmalı və Əmiri cənabları­nın gördükləri işlər barə­də nə qədər deyə­sən danışmaq olar; amma, söz ozanmasın deyə, şairin yaradıcılığından da bir sıra örnəklər göstərməklə sözümüzə son qoymalıyıqş

Demək olar ki, Tilim­xan şe’rimizin bütün ölçüləri və biçimlərində şe’r qoşmuş hətta bə’zi ölçülər və biçimləri əski dorumdan çıxardaraq onda yeni­liklər və bədii sən’ətlər işlətmişdir. Örnək olaraq, onun «cığalı təcnis- lərində», qoşma- bayatı ölçülərindən əlavə gəraylı ölçülərində dörd misralara da rast gəlirik. Müstəzadları, dini məzmunlar daşıyan şe’rləri və sayirə­də də belə olayları görmək olur ki, şe’rlərə müraciət etməklə, onların hamısına şahid ola bilmək olar.

Tilim­xan divanı­nın ağır hissə­sini qoşma və gərayli biçimlərində yazılan şe’rlər təşkil edə­rək, o, əruz bəhrlərindən də qafil olmamış, çoxlu dini, ictimai, əxlaqı qonular və düşüncə­lər daşıyan əsərlərini əruz bəhrlərində qələmə almışdır. Şairin şe’rləri sən’ət baxımından güclü, məzmun baxımından ­isə olduqca dolqundurlar. Buna görə də Əmiri bəy haqlı olaraq, Tilim­xanı «həkim Tilim­xan» kimi tanıtdırmağa artıq maraq göstərir.

قایناق: حکیم تیلیم خان دیوانی بیرینجی جیلد/توپلایان:اسدالله امیری/۱۳۸۶/نوید اسلام یایینلاری/قم

پاسخی بگذارید

در پایین مشخصات خود را پر کنید یا برای ورود روی شمایل‌ها کلیک نمایید:

نشان‌وارهٔ وردپرس.کام

شما در حال بیان دیدگاه با حساب کاربری WordPress.com خود هستید. بیرون رفتن / تغییر دادن )

تصویر توییتر

شما در حال بیان دیدگاه با حساب کاربری Twitter خود هستید. بیرون رفتن / تغییر دادن )

عکس فیسبوک

شما در حال بیان دیدگاه با حساب کاربری Facebook خود هستید. بیرون رفتن / تغییر دادن )

عکس گوگل+

شما در حال بیان دیدگاه با حساب کاربری Google+ خود هستید. بیرون رفتن / تغییر دادن )

درحال اتصال به %s


%d وب‌نوشت‌نویس این را دوست دارند: