TILIMXAN ƏSƏRLƏRİ ÜZƏRİNDƏ(2-nci bölüm)\DÜKTÜR H.M.GÜNEYLİ

Doğrudan da Tilim­xan şe’rlərində hekmət daşıyan və hekmtlə yoْğrulmüş misralar, deyimlər, terminlər nə qədər deyə­sən çoxdur. Bizə belə gəlir ki, Tilim­xanın öyüd və hekmətləri xalqımızın sosyal həyatinda müsbət etgi­lər buraxa bilərlər.

Dəli dövlətli­yə vermə qızını

mal- dövləti gedər, divanə qalır.

Habelə:

Tülkü öz şəhrində bir bəbir olur.

Və yan:

Gorge biyabanı miş eylə­məzlər.

 Əgərçe süd versə, yağı yağ olmaz.

Zəngin mədəniyyətimiz və folklorumuzdan qafil olmayan şair, bə’zən xalqın işlətdiyi hekmətli sözləri şe’r qalibinə salmaqla daha da gözəllə­də­rək xalqımıza qaytarır; məsələn:

Namərd ağacı­nın sayə­si olmaz.

………………………………..

Gövül şüşə­sinə atma­gınan daş!

…………………………………

Gövül bir şüşə­dir, tə’nə söz daşdır.

Xalq şairi gördü7ü və duyduğu ədalətsizliklər, haqsızlıqlar və yaramazlıqların qarşısında heç də dinməz- söylə­məz qala bilmir; onları çox ustadlıqla açır- ağardır.

Məchul bu əyyamın süleymanı­dır.

Noğul- nabat qarqaların­ danı­dır.

Sığırçınlar bu əsrin xoşxanı­dır

Bülbüllər dilini lal eylə­yibdir.

Və ya:

Yaxşı nə­dir, yaman nə­dir- seçmə­yən   

adamlığın şərbətini içmə­yən

Arvadı yanında sözü keçmə­yən

İndi bəy olubdur, el dolandırır.

Dərin düşüncə­li yaradıcı­nın bə’zi misraları­nın xalq içində yayılmaqla atalar sözünə çevrilə­cə­yi göz önündə­dir:

   Hər həccə gedənə deməzlər hacı

***

  Sevdada olmasa sər, dara gərək

***

   Övlad – naxələf olmasa yey­dir.

***

  Çaxır içən keçi qurda dov dilər.

Tilim­xan atalar sözlərimiz və məsəllərimizdən artıq faydalanmaqla, öz əsərlərinə daha artıq gözəllik və doğmalıq bağışlayıbdır. Misal üçün:

 Ram eylə, salma ilqara,

Saxla bu nəfs- bədxunu

 Əvvəl özü daxil olar

Hər kəs ki qaza quyunu

Habelə:

Məsəldir bu bir tikə­ylə dost olan,

olar yağışınan qar aşnalığı

Və ya:

       Ot kök üstə bitər, əslini istər

       Qara palas yumağınan boz olmaz

Həmçinin:

      Hər məzar üstünə börküyü çalma

       Ölüsüz qəbirə ağlamaq olmaz.

Tilim­xan şe’rində vətən də xüsusı yer tutur; niyə ki o, mə’şuqə­si olmuş Mehri xanımın ardınca Şiraz şəhərinə gedib, neçə il o diyarda qəribliyin acılıq–ağrısını bütün varlığı ­ilə hiss elə­mişdi. O, yalnız insanlar deyil, hətta uçarlar, yürürlər, sürünənlər və böcəklərə də vətənlə qəribliyin fərqli olduğunu öz şe’rlərində göstərir:

 Qərib laçın diləyir olar, ovlamaz

 Hər sar öz yerində mirşikar olur

Və ya:

      Tilim, qərib ilə fələk cədəldir

      Qürbət özü cəhənnəmə bədəldir

      Əjdəhalar qərib yerdə cöəldir

      Əqrəb öz yerində şahmar olur

Şair Şirazda qərib olduğundan narazılığını bildirmək məqsədi ilə əli çatmayan sevdiyini dalısıca belə deyir:

         Qızıl güllər xəndan olur

         Açılanda dan- dan olur

         Şiraz mənə zindan olur

          Gedən gəlin- gedən gəlin

Həkim şairin sadə dildə qoşduğu şe’rlərində öyüdlə dolu misralar nə qədər deyə­sən çoxdur. Belə-belə misralardan örnək üçün neçə­sini göstərmə­yə kifayətlənirik:

Zər sikkə­sın ahəngərə-

Çaldırmazlar mənim canim

Maral quzusun himara

Aldırmazlar mənim canim

………………………….

Gorg- biyabanı miş eylə­məzlər

Əgərçe süd versə, yağı yağ olmaz

Hər əlvan çiçəyə lalə deməzlər

Rəngi əhmər olsa, dağı- dağ olmaz.

Tilim­xan, İslam dini və onun müqəddəs kitabı Qur’ana dərin inam yetirən, İslam peyğəmbəri məhəmmd (s) və imam Əli həzrətlərinə artıq sevgi və məhəbbəti olan bir söz ustası­dır. Sözümüzə şahid onun həmin məcmuə­də Qur’anın neçə şurə­si­nin tərcümə­si, ulu tanrı, onun peyğəmbəri və şi’ə­lərin birinci imamı və başqa mə’sumlara yazdığı sitayişlər, mənqəbətlər və tə’rif- tosiflərdir.

Elə­cə də insanın yaranışı və ölümü mənzumə­ləri, yer ilə göyün və təbi’ətdə olan çeşitli quvvə­lərin bir- biri­ ilə deyişmə­ləri mənzumə­ləri, çoxlu əxlaqı, ictimai məzmunlar daşıyan şe’rləri, ağa Məhəmməd Məsih müctehid, ağa Nizam Qazi­yəlhacat, ağa Həsən və mulla Hadı Əlviri­yə həsr etdiyi mədihə­lər, onun dini inam və düşüncə­ləri­nin məhsuludur[1].

Tilim­xan özündən qabaq və özü ilə çağdaş olan şairlərdən o cümlə­dən Xəstə ­Qasım, böyük Türkmən şairi Məxdum qolı fərağı, dağlıq Qarabağlı şair Mulla Pənah Vaqif və ayrılarından tə’sirlər almış, onlara nəzirə­lər yazmış, həm də özündən sonra yazıb- yaradan şairlər və aşıqlar ondan etgilənmişdilər. Ondan tə’sir almış şairlərdən Qaşqaylı Mə’zun, onun öz nəslindən olmuş Türkman Mahmıd, Çağdaş şair Dərviş Behrəvan «İnallı» və başqaları­nın adlarını çəkmək olar.

Tilim­xana tə’sir buraxmış və ondan tə’sirlənmiş şairlər və həmin sahələr­də şe’rlər barə­də profesor Zehtabi və doktor Kəmalının yazdığı «Tilim­xan həyat və yaradıcılığı» ünvanlı kitabda geniş mə’lumat verilmişdir. Sözü gedən bu kitabda şairin şe’rləri, şe’rlərində işlətdiyi və özünə məxsus olan bədii sən’ətlər, onun düşüncə tərzi, dünya görüşü, işlətdiyi bədii torkiblər, ifadə­lər və sayirə çox diqqətlə araşdırılmışdır.

Bunu da açıqlamaq lazım­dırki, bu məcmuə­də yerləşən şe’rləri, daşıdıqları çeşitli mövzular, həm də qalibləri və ölçülərinə əsasən hələ­lik beş bölümə ayırdıq. Birinci bölümü şe’rlərin vəzn, ritm və biçimlərinə baxmayaraq, məzhəbi şe’rlər təşkil edir. İkinci bölümdə şe’rlərin daşıdığı risalət və vəzifə­ni nəzərə almayaraq, yalnız vəzn və biçimləri əsasında tərtib etdik. Qoşmalar bölümü olan bu hissə kitabın ən böyük hissə­sini təşkil edir. Üçüncü bölüm gəraylı­lara, dördüncü bölüm də cığalı qoşma təcnislərə ayrıldı. Məcmuə­nın beşinci bölümü həm şe’r ölçüləri, həm də mövzu baxımından daha da rəngarəng oldu. Demək bu bölümdə həm əruz vəznlərində həm də qoşma vəznlərində, elə­cə də müxtəlif fikirlər və düşüncə­lər daşıyan şe’rlərə yer verildi. Söz yox ki, bütün bu bölümləri genə də müxtəlif açı­lardan bir- birindən ayırmaq olardı; məsələn təkcə qoşmaları, cinaslıq- qeyr-cinaslıq, lirik- ictimai- əxlaqı, dodaq dəyməzlik, nüqtə­sizlik və başqa özəllikləri əsasında bir- birindən ayırmaq olardı; ancaq elə bu qədərə qənaət etdik.

 Söz uzanmasın deyə, bu müqəddimə­də qələmə alınmamış və ya incə­lənmə­miş mövzuları Zehtabi və kəmalının yazdığı kitabda oxumağı tapşıraraq, hörmətli Əmiri­ və onunla əməkdaşlıq elə­yənlərə artıq uğurlar,  Tilim­xan, Kəmali və Zehtabiyə rəhmət arzulayıram.

2007/1/7

dokor Hüseyn m. Güneyli

قایناق: حکیم تیلیم خان دیوانی(بیرینجی جیلد)/توپلایان:اسدالله امیری/۱۳۸۶/نوید اسلام یایینلاری/قم


[1] – bu müqəddimədə sözü gedən bir sıra şeirləri naqis olduqları üçün çap eləmədik Allah qoysa onları təkmil edərək əsərin sonra çap olacaq cildlərində çap edəcəyikş

پاسخی بگذارید

در پایین مشخصات خود را پر کنید یا برای ورود روی شمایل‌ها کلیک نمایید:

نشان‌وارهٔ وردپرس.کام

شما در حال بیان دیدگاه با حساب کاربری WordPress.com خود هستید. بیرون رفتن / تغییر دادن )

تصویر توییتر

شما در حال بیان دیدگاه با حساب کاربری Twitter خود هستید. بیرون رفتن / تغییر دادن )

عکس فیسبوک

شما در حال بیان دیدگاه با حساب کاربری Facebook خود هستید. بیرون رفتن / تغییر دادن )

عکس گوگل+

شما در حال بیان دیدگاه با حساب کاربری Google+ خود هستید. بیرون رفتن / تغییر دادن )

درحال اتصال به %s


%d وب‌نوشت‌نویس این را دوست دارند: